Çin Yol şousu
Uzaq ŞərqÇin
Çin
Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Şençjen, Şanxay və Çenqdu şəhərlərində Azərbaycan turizminə həsr edilmiş yol şousu və Pekin şəhərində Şəbəkələşmə tədbiri təşkil ediləcəkdir.
Tədbirlərin məqsədi:
· Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
· Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Çin turizm tərəfdaşlarına təqdim edilməsi
· Azərbaycan ilə Çin turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Tədbirlərin tarixləri:
18 sentyabr 2024 Şençjen şəhərində
20 sentyabr 2024 Şanxay şəhərində
23 sentyabr 2024 Çenqdu şəhərində
24 sentyabr 2024 Pekin şəhərində - Şəbəkələşmə tədbiri
Əlavə məlumat üçün: [email protected] [email protected]
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Qeydiyyatdan keçmək sizin iştirakınızın təsdiqi deyil. İştirakınız qeydiyyat bitdikdən sonra bir daha təsdiq edildikdən sonra qeydə alınacaqdır. Tədbirlərin məkanları və ətraflı proqram iştirakını təsdiq etmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək.
Son qeydiyyat tarixi: 1 avqust 2024-cü il