Hindistan yol şousu
Cənubi AsiyaHindistan
Hindistan
Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan Respublikasının Benqalur, Kolkata və Pune şəhərlərində Azərbaycan turizminə həsr edilmiş yol şousu və Mumbay şəhərində Şəbəkələşmə tədbiri təşkil ediləcəkdir.
Tədbirin məqsədi:
- Hindistanlı peşəkarlar arasında Azərbaycanı əyləncə və işguzar tədbilər məkanı kimi tanıtmaq və məlumatlılığı davam artırmaq
- Hindistan və Azərbaycan ticarət tərəfdaşları üçün iş və şəbəkələşmə imkanları vasitəsilə ticarət əlaqələrini asanlaşdırmaq
- Hindistandakı ticarət tərəfdaşlarını yenilənmiş turizm təklifləri və təcrübələri, o cümlədən otellər, əyləncə məkanları, marşrutlar və s. barədə ən son yeniliklərlə tanış etmək
Tədbirlərin tarixləri:
3 iyun 2024 Benqaluru şəhərində
5 iyun 2024 Pune şəhərində
7 iyun 2024 Kolkata şəhərində
8 iyun 2024 Mumbay şəhərində(Şəbəkələşmə tədbiri)
Əlavə məlumat üçün :
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Qeydiyyatdan keçmək sizin iştirakınızın təsdiqi deyil. İştirakınız qeydiyyat bitdikdən sonra bir daha təsdiq edildikdən sonra qeydə alınacaqdır. Tədbirlərin məkanları və ətraflı proqram iştirakını təsdiq etmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək.
Son qeydiyyat tarixi: 15 May, 2024-cü il