Azərbaycan Turizm Bürosu tərəfindən 7 - 13 noyabr tarixlərində Belarusiyadan olan 10 aparıcı turizm şirkəti nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Səfərin məqsədi Azərbaycanın qış turizm imkanlarını “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və “Şahdağ” Turizm Mərkzində təqdim etdirmək və ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələri gücləndirməkdir.
Səfər zamanı iştirakçılar Qəbələ, Basqal, Qusar və Quba bölgələrini ziyarət edərək, sağlamlıq və qiş turizm imkanları barədə məlumatlandırılıblar.
Tanışlıq səfəri çərçivəsində yeni biznes tərəfdaşlıqları qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsinin Belarusiyanın turizm şirkətləri ilə B2B görüşü keçirilib.
Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusiyadan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 3% faiz artımla 23,229 ziyarətçi gəlib.