16 okt 2025
“World Tourism Awards 2025” Azərbaycanı “Destination Excellence” kateqoriyasında “Best Culinary Destination” mükafatına layiq görüb. Bu mükafat Azərbaycanın zəngin kulinariya irsi və ölkənin mədəni, həmçinin regional müxtəlifliyini əks etdirən rəngarəng qastronomik təcrübələri ilə qlobal miqyasda artan nüfuzunu nümayiş etdirir.
Turizm, səyahət və qonaqpərvərlik sahələrindən dünyanın aparıcı nümayəndələri Belçikanın paytaxtı Brüssel şəhərində təşkil olunacaq World Tourism Awards 2025 mərasimində bir araya gələcək.
Qeyd edək ki, rəsmi mükafatlandırma mərasimi 20 oktyabr tarixində baş tutacaq və dünyanın müxtəlif turizm məkanlarını təmsil edən qaliblər burada təltif olunacaqlar.