12 sen 2025
Sentyabrın 11-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın paytaxtı Tokyo şəhərində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.
Tədbirə media qurumlarının, turizm agentliklərinin, eləcə də “All Nippon Airways (ANA)” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb.
Proqram çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün destinasiya təqdimatı keçirilib, B2B formatlı görüşlərdə isə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Axşam proqramı şam yeməyi, mədəni proqram və əyləncə nömrələri ilə davam edib.