Azərbaycan Turizm Bürosu 11-12 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "GlobeMeets" B2B şəbəkələşmə tədbirində təmsil olunur.
Tədbir çərçivəsində Azərbaycanın biznes tədbirləri potensialının nümayiş etdirilməsi, xüsusi təkliflərin müzakirəsi, o cümlədən yeni tərəfdaşlıqların qurulması məqsədilə 50-yə yaxın görüş keçirilib.
Görüşlərdə İpək Yolu irsi, mədəni və sağlamlıq, həmçinin işgüzar turizm imkanları kimi müxtəlif məhsulları barədə məlumat verilir.
Qeyd edək ki, "GlobeMeets B2B" platforması səyahət xidməti provayderləri, tur operatorlar, işgüzar tədbirlər sənayesi üzrə ixtisalaşmış agentliklər, həmçinin onlayn səyahət agentlikləri və səyahət planlaşdırıcıları kimi aparıcı alıcılar arasında təkbətək görüşlər üçün nəzərdə tutulub.