11 apr 2025
Aprelin 11-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qaxın Turizm İnkişaf Planının hazırlanması məqsədilə görüş keçirilib.
Görüşdə Qax rayonunun turizm potensialının inkişaf etdirilməsi, regionda dövlət və özəl sektorun iştirakı ilə dayanıqlı turizm modelinin formalaşdırılması, eləcə də prioritet fəaliyyətlərin və hədəflərin birgə icra olunmasında effektiv əməkdaşlığın təmin edilməsi üzrə müzakirələr aparılıb.
Qax rayonunun turizm sənayesi nümayəndələri və yerli dövlət qurumlarının təmsilçilərinin işitrak etdiyi tədbirdə planın məzmunu və prioritet istiqamətləri ətrafında fikir mübadiləsi edilib.