Məmnuniyyətlə bildiririk ki, MDB miqyasında təşkil olunan, 25-26 sentyabr 2025-ci ildə keçiriləcək LTM Daşkənd 2025 sərgisində iştirak üçün qeydiyyat artıq başlayıb.
LTM (Luxury Travel Mart) lüks səyahət seqmentində bir nömrəli tədbirdir. Bu, MDB bazarlarında yeni əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirmək istəyən, lüks məhsullar təklif edən şirkətlər üçün B2B formatında təşkil olunan tədbirdir. LTM iştirakçıları arasında beşulduzlu otellər, elit avtomobil şirkətləri, kruiz və yaxt çarterləri, şəxsi təyyarə çarterləri, Destinasiya Menecmenti Təşkilatları və lüks operatorlar var. Alıcılar isə əsasən Rusiya və digər MDB ölkələrindən gəlirlər.
Bu B2B tədbiri əvvəlcədən planlaşdırılmış görüşləri əhatə edir və cədvəl sərgi iştirakçıları tərəfindən xüsusi tətbiq və ya veb-sistem vasitəsilə öncədən tərtib edilir. Sərginin birinci günü iştirakçılar regional alıcılarla masaların arasında hərəkət edir, ikinci gün isə müxtəlif regionlardan və Moskvadan olan alıcılar sərgi iştirakçılarının masaları arasında hərəkət edirlər.
Qeydiyyat üçün keçid: https://www.moscow.luxurytravelmart.com/registr/
Ətraflı məlumat üçün: