Məmnuniyyətlə bildiririk ki, MDB miqyasında təşkil olunan, 24 fevral 2025-ci ildə keçiriləcək LTM Almaty 2025 tədbirində iştirak üçün qeydiyyat artıq başlayıb.
Lüks səyahət seqmentinə aid mühüm tədbirlərdən olan LTM (Luxury Travel Mart) MDB bazarlarında yeni əlaqələrin qurulması və mövcud olanların gücləndirilməsini hədəfləyən, həmçinin lüks məhsullar təklif edən şirkətlər üçün B2B formatında təşkil olunmaqdadır. LTM iştirakçılarının siyahısını beşulduzlu hotellər, elit avtomobil şirkətləri, kruiz və yaxt çarterləri, şəxsi təyyarə çarterləri, Destinasiya Menecmenti Təşkilatları və lüks operatorlar təşkil edir. Potensial sifarişçilər isə əsasən Rusiya və digər MDB ölkələrində fəaliyyət göstərən şirkətlərdir.
B2B tədbiri əvvəlcədən planlaşdırılmış görüşləri özündə birləşdirir. Cədvəl tədbir iştirakçıları tərəfindən xüsusi tətbiq və ya veb-sistem vasitəsilə öncədən tərtib edilir. Bu da brendin tanınmasını artırmaq və turizm məhsullarını turoperatorlara və turagentlərə təqdim etmək üçün mükəmməl fürsət yaradır.
Qeydiyyat üçün keçid: https://www.luxurytravelmart.com/registr/
Ətraflı məlumat üçün: [email protected]