Connections Luxury 2025
Orta ŞərqQatar
Qatar
Sizi 23-26 fevral 2025-ci il tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək “Connections Luxury Middle East” tədbirinə dəvət etməkdən məmnunuq. Bu eksklüziv tədbir əlaqələri gücləndirmək və şirkət və xidmətlərinizi yüksək səviyyəli auditoriyaya nümayiş etdirmək üçün unikal platformadır.
Tədbir haqqında
“Connections Luxury Middle East” aparıcı turizm şirkətləri ilə əlaqə qurmağa çalışan, Körfəz ölkələro və Hindistandan olan lüks tərəfdaşların (alıcıların) eksklüziv seçimini bir araya gətirən unikal tədbirdir. Tədbirdə əsas fokus asudə vaxt turizmi və müstəqil səyahətçi seqmentinə yönəlikdir.
İştirakçılar üçün eksklüziv üstünlüklər
İştirakçılar aşağıdakılardan faydalanacaqlar:
• Əvvəlcədən planlaşdırılmış təkbətək görüşləri özündə əks etdirən fərdiləşdirilmiş proqram.
• Tədbirin ümumi proqramına çıxış.
• Nahar və şam yeməkləri zamanı əlaqə qurmaq imkanları.
• Əlaqələri gücləndirmək üçün nəzərdə tutulmuş immersiv təcrübələr və digər fəaliyyətlər.
İştirak haqqı: 5000 funt sterlinq (yuxarıda sadalanan xidmətlər daxil)
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən ödənilir.
Daha ətraflı məkumat üçün Connections Luxury Brochure baxa bilərsiniz.
Son qeydiyyat tarixi: 12 yanvar, 2025-ci il
Qeydiyyatdan keçmək sizin iştirakınızın təsdiqi deyil. Son qeydiyyat tarixi bitdikdən sonra şirkətlərin qiymətləndirilməsi baş tutacaqdır və daha sonra seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Ələqədar şəxslər:
Xədicə Nəsirova [email protected]
Leyla İsayeva [email protected]