Azərbaycan Turizm Bürosu (ATB) 7–9 oktyabr 2025-ci il tarixlərində İordaniyanın Akaba şəhərində keçirilən 11-ci “Destination Wedding Planners” (DWP) konqresində iştirak edib.
Konqres çərçivəsində ATB beynəlxalq toy təchizatçıları və xidmət təminatçıları ilə görüşərək fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə edib və Azərbaycanın qlobal toy sənayesində tanınmasına töhfə verib.
Ölkənin qabaqcıl məkanları, zəngin mədəni irsi və yüksək səviyyəli qonaqpərvərlik infrastrukturu Azərbaycanı unikal və premium toy təcrübəsi axtaran cütlüklər üçün cəlbedici edir. ATB bu fəaliyyətlər vasitəsilə ölkəmizin beynəlxalq toy bazarındakı mövqeyini genişləndirir və Azərbaycanı yadda qalan tədbirlər üçün qabaqcıl destinasiya kimi təqdim edib.
“Destination Wedding Planners Congress” (DWP) dünyanın iri B2B platformalarından biridir. Belə ki, müxtəlif ölkələrdən lüks toy təşkilatçıları qabaqcıl məkanlar, hotellər, destinasiyalar, eləcə də etibarlı markalar və toy təchizatçıları ilə əlaqə qurmaq və əməkdaşlıq imkanları əldə etmək üçün mühüm platformadır.