Azərbaycan Turizm Bürosu 7-9 oktyabr tarixlərində Litvanın Vilnüs, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərində AVIAREPS tərəfindən təşkil olunan silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını nümayiş etdirib.
Üç günlük tədbir çərçivəsində ATB ölkəmizin turizm imkanlarını nümayiş etdirib, həmçinin Baltik regionunun səyahət agentləri, tur operatorları və aparıcı media nümayəndələri ilə təkbətək görüşlərdə və şəbəkələşmə sessiyalarında iştirak edib.
Silsilə tədbirlər çərçivəsində Azərbaycanın zəngin irsi, mədəniyyəti, sağlamlıq turizmi və işgüzar tədbirlər üzrə potensialı haqqında hər üç şəhərdə təqdimat olunub. Bu iştirak nəticəsində Azərbaycanın Baltik regionunda tanıdılması istiqamətində mühüm addım atılıb və yeni tərəfdaşlıqlar qurulub.