Azərbaycan Turizm Bürosu (ATB) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan “AVIAREPS Around the World Roadshow” tədbirində iştirak edib.
25 sentyabr tarixində baş tutan tədbir çərçivəsində beynəlxalq destinasiyalar ilə macar turizm şirkətləri və tur operatorları nümayəndələri arasında təqdimatlar və ikitərəfli görüşlər keçirilib.
Tədbir zamanı Azərbaycanın zəngin irsi, mədəniyyəti, sağlamlıq turizmi və işgüzar tədbirlər üzrə potensialı haqqında təqdimat olunub. Bundan əlavə, macar turizm agentlikləri və operatorları ilə təxminən 30 ikitərəfli görüş keçirilib. Bu iştirak nəticəsində Azərbaycanın Macarıstanda tanıdılması istiqamətində mühüm addım atılıb və Mərkəzi Avropada yeni tərəfdaşlıqlar qurulub.
Qeyd edək ki, bu təşəbbüslər macar səyahətçilər üçün asan e-viza prosedurları və Budapeştdən Bakıya həftədə üç dəfə WizzAir tərəfindən həyata keçirilən birbaşa uçuşlarla dəstəklənir.