Azərbaycan Turizm Bürosu (ATB) Yaxın Şərq və Şimali Afrika (MENA) regionundan ölkəmizə gələn turistlərin sayını artırmaq məqsədilə regionun aparıcı onlayn səyahət platforması olan Wego ilə strateji əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində Körfəz ölkələri üçün nəzərdə tutulmuş turizm məhsulları təqdim olunacaq. Sağlamlıq turizmi, ekoloji yönümlü istirahət və Azərbaycan mətbəxi əsas mövzular olacaq.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid bildirib ki, Wego ilə əməkdaşlıq çərçivəsində Azərbaycanı Yaxın Şərq turistləri üçün həm coğrafi yaxınlığı, həm də təbii və mədəni müxtəlifliyi ilə ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmağı hədəfləyirik
Wego-nun səyahət trendlərinə dair məlumat və analizləri ilə ATB-nin destinasiyaya dair yerli ekspertizası birgə hədəfli və effektiv tanıtım imkanları yaradır.
ATB beynəlxalq səyahət platformaları ilə əməkdaşlığını genişləndirərək turizm imkanlarının müxtəlif bazarlarda tanıdılması və ölkəyə gələn turist axınının artırılması istiqamətində fəaliyyətini davam etdirir.