20-23 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində BeynəlxalqKonqres və Konvensiya Assosiasiyasının (ICCA) 63-cü konqresində Azərbaycanın işgüzarturizm potensialı tanıdılıb.
Konqresdə işgüzar turizm imkanlarını təbliğ etmək və bu məqsədlə Azərbaycana səfər edəcəksənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) təmsil edib.
İşgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentliklərlə keçirilən görüşlərdəAzərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizinturizm potensialı haqqında məlumat verilib.
Qeyd edək ki, ICCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən nüfuzlutəşkilatlarından biridir. Onun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərənmindən çox beynəlxalq görüşlər sənayesi bazarı təmsilçiləri daxildir.
Assosiasiyanın məqsədi beynəlxalq konqres təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinəcəlb etmək istəyən qurumları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalqtədbirlərin məlumat bazasını yeniləməkdir.