Azərbaycan 2024-cü il martın 14-dən 17-dək Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien”də iştirak edir. Sənaye tərəfdaşları, o cümlədən Azərbaycan Hava Yolları, otellər və turizm agentlikləri ilə birlikdə, Azərbaycan müxtəlif turizm məhsulları təqdim edir.
Zəngin mədəni irsin, gözəl mənzərələrin, ucqar kəndlərdə köçəri həyat tərzinin təqdimatı ilə yanaşı, “Slow Food” təcrübəsi və milli mətbəxin təbliğatı çərçivəsində, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə 13 mart Azərbaycan Turizm Bürosunun nümayəndələri Vyana şəhərindəki Vyana Ticarət Palatası nəzmində olan Turizm Məktəb Modul Universitetində tələbələr üçün “Azərbaycan plovunun hazırlanması” mövzusunda master-klass təşkil ediblər. Şagirdlərə həmçinin reseptlər və lazımi məlumatları əks etdirən açıqcalar təqdim olunub.
Həmçinin, səfirliyin dəstəyi ilə sərgi çərçivəsində 14 mart Azərbaycan Mədəniyyət Mərkəzində ölkənin mədəni irsinin qorunub saxlanmasına və Avstriya tərəfindən göstərilən töhfələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə yerli və xarici turizm sənayesi nümayəndələri iştirak ediblər.
Sərgi boyunca milli stenddə Azərbaycan şərabının və şirniyyatlarının dequstasiyası keçirilir, VR təcrübəsi təqdim olunur, həmçinin Azərbaycanın milli rəqslərinin zərifliyinümayiş olunur.
Stendin qonaqları Azərbaycanın müxtəlif turizm təklifləri, o cümlədən Bakının İçərişəhəri, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və şimal-qərbdə yerləşən Şəki Tarixi Mərkəzi kimi YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat əldə edirlər.
“Ferien-Messe Wien”-in ilk iki günü B2B, sonrakı günlər isə B2C görüşlərə keçid olunur.
Sərginin əhəmiyyətini vurğulayan, Azərbaycan Respublikasının Avstriyadakı səfiri Rövşən Sadıqbəyli də stendi ziyarət etdi.