ACE of M.I.C.E
ExhibitionIstanbul, Turkey
Istanbul, Turkey
“ACE of M.I.C.E” İstanbul şəhərində keçirilən ənənəvi böyük turizm tədbiridir. Bu sərgi turizm sənayesinin inkişafına imkan yaradır və turizm bazarının nümayəndələri üçün işgüzar əlaqələrin qurulmasını, həmçinin ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təbliğ edilməsini asanlaşdırır. Sərgi turizm mütəxəssisləri üçün təhsil sessiyaları, ölkələrin təqdimatları, seminarları və şəbəkə tədbirlərinin bənzərsiz birləşməsini ehtiva edən hərtərəfli proqram təqdim edir.“ ACE of M.I.C.E” 3 gün ərzində, 25-27 may 2022-ci il tarixlərində İstanbul şəhərində keçiriləcək.
Sərgidə iştirak etmək üçün tərəfdaşların seçim meyarları:
1. Qeydiyyat tarixi;
2. Şirkətin Azərbaycan Turizm Bürosu (ATB) ilə əməkdaşlığı və öncəki əməkdaşlıqdan heç bir borcun olmaması;
3. Müvafiq bazarda fəaliyyət və iştirak səviyyəsi;
4. Azərbaycanda gəlmə turizmi sahəsində ən azı 3 illik fəaliyyət (yalnız turizm şirkətləri üçün olan meyar).
İştirakçı masalarının sayı məhdud olduğuna görə ATB yuxarıda göstərilmiş meyarlara əsaslanaraq iştirakçıların son siyahısını tərtib etmək hüququnu özündə saxlayır.
Seçim mərhələsinin şərtləri və prosedurları:
Qeydiyyat üçün son tarix: 30 aprel
Qeyd: Qeydiyyatı tamamladığınız halda sizə növbəti 30 dəqiqə ərzində qeydiyyatı təsdiqləyən məktub gələcəkdir. Bu sərgidə iştirak təsdiqi deyil. Qeydiyyatı təsdiqləyən məktub gəlmədiyi təqdirdə qeydiyyatı təkrar keçməyiniz xahiş olunur.
Beynəlxalq turizm sərgilərində iştirak haqqı bu sərgi üçün nəzərdə tutulmayıb.
Əlavə məlumat üçün, zəhmət olmasa, Kamran Daşdəmirov ([email protected]) ilə əlaqə saxlayın.