EMITT 2026
Avropaİstanbul, Türkiyə
İstanbul, Türkiyə
5-7 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək EMITT 2026 sərgisinə qeydiyyatın başlandığını elan edirik.
Bölgənin ən nüfuzlu və prestijli turizm sərgilərindən biri olan EMITT hər il 30,000-dən çox sənaye peşəkarını və yeni səyahət imkanları ilə maraqlanan ziyarətçiləri bir araya gətirir. Artıq 28 ildən çoxdur ki, sərgi turizm sektorunun müxtəlif istiqamət, məhsul və xidmətlərini təqdim edən mühüm platforma kimi çıxış edir. EMITT turizmin inkişafına verdiyi töhfələr, şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılması, həmçinin biznes tərəfdaşlıqlarının genişləndirilməsinə göstərdiyi davamlı təşəbbüslərlə geniş tanınır.
2026-cı ildə 29-cu dəfə keçiriləcək bu tədbir dünyanın müxtəlif ölkələrindən turizm idarələri, səyahət agentlikləri, turoperatorlar, hotellər və digər iştirakçılar üçün qarşılıqlı əlaqələrin qurulmasına şərait yaradacaq.
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcək.
Son qeydiyyat tarixi: 22 dekabr 2025-ci il]
Əlavə məlumat üçün:
[email protected]