CITM 2025
Uzaq ŞərqHaikou, Çin
Haikou, Çin
CITM 2025 Asiyanın aparıcı turizm sərgilərindən biridir və turizm üzrə peşəkarlar üçün şəbəkələşmə, yeni istiqamətlərin təqdimatı və sənayenin son tendensiyalarının müzakirəsi üçün vacib platforma yaradır.
Bu il sərgi Haykou şəhərində keçiriləcək və Çindən və xarici ölkələrdən turizm təşkilatlarını, tur operatorlarını, hotelləri, aviaşirkətləri, mədəniyyət qurumlarını və rəqəmsal turizm şirkətlərini bir araya gətirəcək.
Sərgidə daxili turizm, mədəni və yaradıcı sənayelər və gəlmə turizmi xidmətləri üzrə xüsusi zonalar təqdim olunur və yeni məhsullar, innovativ həllər nümayiş etdirilir.
CITM iştirakçılara biznes görüşləri, forumlar, təqdimatlar və mədəni proqramlar vasitəsilə tərəfdaşlıqlar qurmaq, ideya mübadiləsi aparmaq və Çin bazarında mövqelərini gücləndirmək üçün geniş imkanlar yaradır.
Tədbir Çin Republikasının Haikou şəhərində yerləşən “Hainan International Convention & Exhibition Center”də baş tutacaq.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın rəsmi təsdiqi sayılmır. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər diqqətlə qiymətləndiriləcək və seçilmiş şirkətlərə rəsmi təsdiq məktubu göndəriləcək.
Zəhmət olmasa, nəzərə alın ki, qurumumuz iştirakçılar üçün vizaların rəsmiləşdirilməsinə görə məsuliyyət daşımır və viza dəstəyi göstərmir. Yalnız bəzi hallarda iştirakçının rəsmi müraciətinə əsasən təşkilatçılar tərəfindən dəvət məktubunun təqdim edilməsində dəstək göstərə bilərik.
Son qeydiyyat tarixi: 01.12.2025
Əlavə məlumat üçün: