Fitur 2026
AvropaMadrid, Ispaniya
Madrid, Ispaniya
FITUR, dünya turizm sənayesinin ən nüfuzlu ticarət tədbirlərindən biridir və qlobal səviyyədə turizm mütəxəssislərinin əlaqə qurması, yeni istiqamətləri təqdim etməsi və turizm sahəsindəki son tendensiyaları araşdırması üçün beynəlxalq bir platforma yaradır.
İspaniyanın paytaxtı Madriddə keçirilən FITUR, dünyanın hər yerindən sərgi iştirakçılarını, turizm təşkilatlarını və ziyarətçiləri bir araya gətirir. Tədbir çərçivəsində turizm sənayesinin gələcəyini formalaşdıran innovasiyalar, yaradıcı həllər və unikal təcrübələr nümayiş olunur.
Beş gün ərzində FITUR, dəyərli əlaqələr qurmaq, ideya və təcrübə mübadiləsi aparmaq, Avropa bazarında mövcudluğunun gücləndirilməsi, həmçinin sənaye liderləri və qərarvericilərlə strateji tərəfdaşlıqlar yaratmaq üçün geniş imkanlar təqdim edir.
Tədbir İspaniya Krallığın Madrid şəhərində yerləşən “IFEMA Madrid”-də keçiriləcəkdir.
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Zəhmət olmasa nəzərə alın ki, qurumumuz iştirakçılar üçün vizaların rəsmiləşdirilməsinə görə məsuliyyət daşımır və viza dəstəyi göstərmir. Yalnız bəzi hallarda iştirakçının rəsmi müraciətinə əsasən təşkilatçılar tərəfindən dəvət məktubunun təqdim edilməsinə dəstək göstərə bilərik.
Son qeydiyyat tarixi: 23 noyabr, 2025-cı il
Əlavə məlumat üçün:
[email protected]
[email protected]