Azərbaycanın turizm şirkətlərinin meyarlar sorğusu

Sizin də şirkətiniz Azərbaycan Turizm Bürosunun məlumat bazasında olsun.
Hörmətli həmkarlar,

Azərbaycan Turizm Bürosu 2018-ci ildə 6 prioritet regionda – Rusiya (Moskva), BƏƏ (Dubay), Səudiyyə Ərəbistanı (Ər-Riyad), Hindistan (Mumbay), Almaniya (Frankfurt) və Çin (Pekin) ATB-nin rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Bu il ərzində daha 4 nümayəndəliyin açılması planlaşdırılır.

Qeyd olunan bazarlar ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması və ölkəmizdəki turizm müəssisələri barədə ATB-nin məlumat bazasına daxil edilməsi üçün Büro yerli turizm şirkətlərinin siyahısını tərtib edərək, şirkətlərin təklif etdiyi turizm xidmətləri, müəyyənləşdirdikləri strateji əhəmiyyətli turizm bazarları və il boyunca nümayiş etdirdikləri fəaliyyətə əsasən "Azərbaycan Turizm Şirkətlərinin Meyarlar Sorğusu"nu tərtib etmişdir.

Sizi sorğuda iştirak etməyə dəvət edirik:
Nəzərinizə çatdırırıq ki, sorğunu cavablandırmaq üçün son tarix 19 yanvar 2019-cu ildir.

Sorğu nəticələri toplandıqdan sonra rica edirik ki, göndərdiyiniz məlumatlarda 2019-cu il ərzində hər hansı bir dəyişiklik olarsa, ATB-nin info@tourismboard.az email ünvanına bu barədə məktub göndərəsiniz. Onlayn məktubun başlığında "DMC Criteria Survey" yazmağınızı xahiş edirik.